Rüstəm İbrahimbəyov ABŞ-a getdi

Milli Şuranın sabiq sədri, kinorejissor Rüstəm İbrahimbəyov Amerikaya səfər edib. Bunu AzNews.az-a “El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib. E.Quliyevin sözlərinə görə, R.İbrahimbəyovun Amerkaya səfəri onun yaradıcılıq işləri ilə əlaqədardır: “15 gündən yuxarıdır ki, Rüstəm müəllim Amerikadadır. Onun səfəri kino, yaradıcılıq işləri ilə bağlıdır. Onun Moskvaya nə vaxt qayıdacağı məlum deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar