Eldar Namazov Cəmil Həsənli ilə görüşə qatılmadı

Milli Şuranın sessiyasının çağırılması barədə razılaşma əldə etmək mümkün olmayıb

Bu gün Milli Şuranın sədri Cəmil Həsənli qurumda təmsil olunan partiyaların sədrləri ilə görüş keçirib. APA-nın verdiyi məlumata görə, AXCP-nin qərargahında keçirilən görüşdə AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər iştirak ediblər. C. Həsənli dünən APA-ya açıqlamasında “El” Hərəkatının sədri Eldar Namazovun da görüşə qatılacağını bildirsə də, E. Namazov görüşdə iştirak etməyib.

Görüşdə Milli Şuranın sessiyasının çağırılması barədə razılaşma əldə etmək mümkün olmayıb.

S. Əkbər görüşdən sonra APA-ya açıqlamasında deyib ki, ölkədəki və müxalifət daxilindəki durumu müzakirə ediblər. Onun sözlərinə görə, görüşdə Milli Şuranın sessiyasının çağırılmasına qədər təsisçi partiyalarda yaranmış vəziyyətin müzakirə olunması məqsədə uyğun sayılıb: “Sessiyanın vaxtı müəyyənləşmədi. Qərara alındı ki, mümkün olan ən qısa vaxtda partiyalar daxilində müzakirələr yekunlaşsın”.

M. Mirəlioğlu da APA-ya açıqlamasında görüşdə müxalifət daxilindəki durumun dəyərləndirildiyini bildirib.

C. Həsənli APA-ya açıqlamasında müzakirələrin davam edəcəyini söyləyib: “Bu günlər ərzində bu müzakirələr davam edəcək. Milli Şuranın sessiyasının dəqiq tarixi isə məlum deyil. Sessiya gələn həftənin əvvəllərində çağırılacaq”.

C. Həsənli onu da deyib ki, E. Namazovun görüşdə iştirakı nəzərdə tutulsa da, o, görüşə qatılmayb: "Eldar Namazovun görüşə qatılmamasının səbəbini isə bilmirəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar