Süleyman Dəmirəl vəfat etdi

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl 91 yaşında dünyasını dəyişib

İyunun 17-də, yerli vaxtla saat 02:05-də Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl müalicə aldığı Ankara Güvən Xəstəxanasında dünyasını dəyişib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Xəstəxananın məlumatında bildirilir.

"Hörmətli 9-cu Cumhurbaşqanımız Süleyman Dəmirəl, 2015-ci il, mayın 13-də ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə Xəstəxanamıza yerləşdirilib. Son günlər onun vəziyyəti ağırlaşmış, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə olunmuşdur. Bütün səylərimizə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik", açıqlamada deyilir.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar