SEVİL ƏLİYEVA MÜRACİƏT YAYDI - "Öz məsuliyyətimi anlayıram”
Bir neçə ay əvvəl “Facebook”da mərhum prezient Heydər Əliyevin qızı, Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın səhifəsi yaradılıb. Səhifəyə qoyulmuş bir neçə foto tezliklə çox geniş populyarlıq qazanıb.Amma ANS “haqqin.az” saytı Sevil Əliyevanın özünə müraciət edərək müəyyən edib ki, bu səhifə onun tərəfiindən idarə edilmir.
“Təəssüf ki, bu səhifəni mən yaratmamışam. Amma öz həmvətənlərimin, dostlarımın və tanışlarımın, tanış olmadığım adamların rəylərini və arzularını oxumaq mənim üçün çox xoş idi. Buna görə də qərara aldım ki, “İnstagram”da öz səhifəmi açım”,- deyə Sevil Əliyeva bildirib.
Sevil Əliyeva öz “İnstagram” səhifəsi barədə bildirib: “Bu böyük dünyada mənim keçmişim və bu günüm əks olunacaq. Və əlbəttə, yaradıcılığım yer alacaq. Artıq səhifəmdə bir neçə fotoşəkil var. Orada mənim valideynlərim, qızım və mən təsvir olunmuşam”.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.