Bakı-2015: Xetaq Qazyumov 10-cu qızıl medalı qazanıb - VİDEO

Bu, yığmamızın 10-cu qızıl medalı, ümumilikdə isə 22-ci mükafatı olub

Avropa və dünya çempionu Xetaq Qazyumov da Oyunları çempion kimi başa vurub. Apasport.az saytının məlumatına görə, Xetaq finalda gürcüstanlı Elizbar Odikadze ilə güləşib. Həlledici qarşılaşma da təmsilçimiz üçün uğurla başa çatıb. Görüşü 3:1 hesabı ilə xeyrinə bitirən Qazyumov Oyunları çempion kimi başa vurub.

Bu, yığmamızın 10-cu qızıl medalı, ümumilikdə isə 22-ci mükafatı olub.

Xetaq Qazyumovun ilk sınağı təsnifat mərhələsinə təsadüf edib. Güləşçimiz öncə Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Rəqibinə çətin anlar yaşadan Xetaq qarşılaşmanı vaxtından əvvəl xeyrinə bitirib - 10:0. Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanla güləşib və yenə də inamlı qələbə qazanıb - 4:0. Avropa çempionumuz yarımfinala gedən yolda belaruslu İbrahim Saidovu xalçaya dəvət edib. Daima formada olan milliləşdirilmiş legionerimiz bu rəqibinə də yerini göstərib - 2:1.

Qazyumov yarımfinalda Abdusalam Qadisovla üz-üzə gəlib. Ötən il dünya və Avropa çempionatının finalında uduzduğu rəqibindən bu dəfə revanş alıb.

Qeyd edək ki, sərbəst güləş üzrə yarışlar sabah da davam edəcək və son 4 çəkinin qalibi bilinəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar