"Hər gün cəbhə zonasındakı hadisələrdən xəbər tuturuq" - Bordyuja

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Nikolay Bardyuja Qarabağ münaqişəsinin həllindən danışıb.

Mətbuat konfransında anspress-in Moskva müxbirinin sualına cavab verən Bordyuja münaqişənin hərbi yolla həllinin olmadığını deyib.

"Bu münaqişənin hərbi yolla həlli yolu yoxdur. Rəhbərlik etdiyim təşkilatın isə bu münaqişəyə müdaxilə etməyə səlahiyyəti mövcud deyil. Ancaq bununla belə hər gün cəbhə zonasındakı hadisələrdən xəbər tuturuq. Münaqişənin həlli üçün Minsk qrupu yaradılıb. Onlar problemi yoluna qoymalıdırlar", - deyə Nikolay Bardyuja bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar