Dörd nazirin həbs təqdimatı parlamentdə gizlədilir

Türkiyədə müxalifət prokurorun göndərdiyi təqdimatı axtarır

Türkiyədə üç keçmiş nazirin millət vəkili kimi toxunulmazlıqlarının qaldırılması və həbsinə icazə verilməsinə dair prokurorluğun parlamentə göndərdiyi təqdimat gizlədilib.

Virtualaz.org saytı Türkiyənin“Taraf” qəzetinə istinadən xəbər verir ki, İstanbul prokurorluğu tərəfindən aparılan cinayət işi çərçivəsində oğlanları həbs edilən və bu üzdən istefaya göndərilən keçmiş nazirlər Muammer Gülər, Zəfər Çağlayan və Ərdoğan Bayraktar barəsində göndərilmiş təqdimatın əslində yanvarın 3-də Türkiyə Böyük Millət Məclisinin katibliyinə daxil olduğu üzə çıxıb.

Lakin təqdimat bu günə qədər parlamentin müzakirəsinə çıxarılmayıb. Məlum olub ki, həbs olunan İran əsilli azərbaycanlı qızıl taciri Rza Zərrabdan milyonlarla dollar rüşvət aldığı bildirilən Avropa işləri üzrə nazir Egemen Bağış barəsində müvafiq təqdimat göndərilib.

Təqdimata əlavə olaraq həmin nazirlərin korrupsiya və rüşvətə bulaşdıqlarına dair çoxsaylı dəlillərdən ibarət 26 disk də parlamentə göndərilib. Bu disklərdə nazirlərin uşaqlarının ev və iş yerlərində aparılan axtarışlar zamanı tapılan və onların özlərinin də rüşvət əməlinə qarışdıqlarını təsdiqləyən dəlillər yer alır.

Həmçinin parlamentə nazirlərin telefon danışıqlarının mətni, onların özlərinin və yaxınlarının izlənilməsi nəticəsində toplanmış digər dəlillər də var.

Lakin parlamentdə çoxluqda olan hakim partiyanın təmsilçiləri prokurorluqdan belə təqdimat almadıqlarını bildiriblər. Ana müxalifət partiyası CHP isə keçmiş nazirlər barədə təqdimatların harada gizlədildiyini araşdırır.

Bu arada son rəy sorğularına görə, rüşvət və korrupsiya qalmaqalı uzun müddətdən bəri AKP-nin reytinqinin kəskin aşağı düşməsini üzə çıxarıb. Türkiyə sorğu mərkəzləri hakim AKP-nin səs faizinin 42 faizə enməsi haqda açıqlamalar yayıb. Aparıcı müxalifət partiyası CHP-nin səs faizi isə 29 faizə yüksəlib. Rəy mərkəzləri qeyd edirlər ki, dekabrın 17-də keçirilən rüşvət və korrupsiya əməliyyatı bu səslərin azalmasına həlledici təsir göstərib. Bu sırada CHP-nin səsləri 29 faizə, MHP-nin səsləri isə 19 faizə qalxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar