TÜRKİYƏYƏ QARŞI YƏHUDİ-SƏUDİ SUİ-QƏSDİ! - Yəhudi «qardaşlığı» və «qoy» məsələsi

Bu günlərdə yerli KİV-in yaydığı bir məlumatda deyilir ki, Türkiyə dövlətinə qarşı İsrail-Səudiyyə sui-qəsdi faş olub («Səudiyyə Ərəbistanı ilə İsrailin gizli planı faş oldu», AzPolitika.info, 17.06.2015). Xəbərdə deyilir: «Diplomatik əlaqəsi olmayan Səudiyyə Ərəbistanı və İsrailin 2014-cü ildən bəri 5 dəfə görüşdüyü və 7-pilləli plan hazırladığı ortaya çıxıb...».

Müxtəlif vaxtlarda Hindistan, İtaliya və Çexiyada bir araya gəldikləri bildirilən bu ölkələrin hazırladığı 7 mərhələli planın əsas konturları məlum olub. Plan, «İsrail və ərəblər arasında bir sülh sazişinin hazırlanması, Tehranda rejim dəyişikliyi, ortaq bir ərəb ordusunun qurulması və Türkiyə sərhədlərində müstəqil kürd dövlətinin qurulmasını nəzərdə tutur».

İki dövlətin nümayəndəsinin (İsrail tərəfdən potensial xarici işlər naziri Dore Qold və Səudiyyə tərəfdən hökumət məsləhətçisi Ənvər Eşki) iyunun əvvəlində ABŞ-n Paytaxtı Vaşinqtonda bir araya gəldiyi bildirilir. Həmin görüşdə səudiyyəli Ənvər Eşki maraqlı mətləblərdən söhbət açıb: «Sülh şəraitində çalışaraq, bölgədə Türkiyənin, İranın, İraqın məqsədlərini əngəlləmək üçün Böyük Kürdüstanın qurulmasını təmin etməliyik...». Səudiyyəli «ərəb» bu dövlətin, yuxarıda adı çəkilən 3 ölkənin əraziləri hesabına qurulacağına diqqət çəkib...

Əslində, bu istiqamətdə İsrailin (beynəlxalq sionizmin) çalışmaları çoxdan məlumdur. Hətta, ötən illərdə KİV-in bu mövzuda yaydığı məlumatlarda bildirilirdi ki, İsrail komandosları İraqın şimal ərazilərində kürd silahlalarına (o cümlədən, PKK) təlimlər keçir, onları gələcək döyüşlərə hazırlayır. İmkanlarım daxilində mən də o zaman mövzunu araşdırmışam və 2009-cu ildə silsilə məqalələrlə çıxış etmişəm. İsrailin ortaya qoyduğu mövqe və məqsədlər hamıya aydındır - yaxın gələcəkdə bölgəni idarə edəcək qüdrətli bir yəhudi dövləti qurmaq, qonşu xalqları bu dövlətə tabe etdirmək və s.

Fəqət, Səudiyyə Krallığının gizlincə bu yəhudi planlarına qoşulması müəyyən düşüncələrə yol açır. Sual ortaya çıxır - Səudiyyəni İsraillə gizli işbirliyinə sövq edən nədir? Növbəti yazıda bu suala cavab axtarışına çıxacam, hələlik isə yəhudilərin fitnəkarcasına ortaya atdığı «kürd kartı» barədə qısaca söhbət açacam. Bu məqsədlə, hələ 2009-cu ildə qələmə aldığım aşağıdakı yazını hörmətli oxucuların diqqətinə çatdırmağı özümə borc bildim...

Yəhudi «qardaşlığı» və «qoy» məsələsi

Hazırda dünya sionist dairələri (DSD) Yaxın və Orta Şərq bölgəsində siyasi maraqların doğurduğu yəhudi-kürd həmrəyliyini uydurma «yəhudi-kürd qardaşlığı» adlı etnik libasa bələmək cəhdləri göstərir və bu yolda qlobal kütləvi informasiya vasitələrinin imkanlarından gen-bol bəhrələnir. Konkret misalların köməyi ilə bu qənaətə gəlmək olar ki, yəhudi-kürd «etnik qohumluğu» (genetik qohumluq) tezisi elmi əsası olmayan siyasi dələduzluqdan başqa bir şey deyil! Fikrim hər kəsə aydın olsun deyə, bu qənaəti möhkəmlədən bəzi dini-mədəni, tarixi dəlilləri də hörmətli oxucuların müzakirəsinə təqdim edirəm...

İlk olaraq, qeyd etmək istəyirəm ki, cəmi 50-60 il bundan əvvəlki dönəmin elmi, siyasi, mədəni-kütləvi xronikasına diqqət yetirsək, bu nəhəng axın içərisində yəhudi ilə kürdün «etnik qardaş» (genetik qohum) olması barədə bircə sətirlik xəbərə də rast gəlmərik. Nə üçün? Cavab çox sadədir - o dönəmlərdə beynəlxalq sionizm zavallı kürdün «xidməti»ndən bəhrələnmək ehtiyacı duymurdu, vəssalam! Bu «ehtiyac» son 20-30 il ərzində bölgədə cərəyan etmiş hərbi-siyasi proseslərin doğurduğu reallığın məntiqi nəticəsi kimi ortaya çıxıb...

Beynəlxalq sionizm - yəhudi tarixçiləri, alimləri, dilçiləri, din və siyasi xadimləri yəhudi xalqını dünyanın ən qədim xalqı, ən qədim sakini və dolayısı ilə dünyanın yeganə «qanuni sahibi» qismində təqdim edir. Bu yolda hər cür fırıldaqdan, xilafi-elmdən ustalıqla bəhrələnən yəhudi dairələri (yəhudi elm xadimləri, din xadimləri və s.) nədənsə ta qədimdən üzübəri, öz yaradıcılıqlarında, əsərlərində, çıxışlarında «kürd qardaş» barədə tam susqunluq nümayiş etdirib, hər hansı nisbətdə «saqqal tərpətməyiblər». Bu ümumi susqunluq fonunda sinaqoq daha «fəal mövqe» nümayiş etdirib. Bunun da səbəbi hər kəsə aydındır - yəhudi ilə kürd arasında heç bir genetik qohumluq əlaqəsi yoxdur! Olsaydı, şübhə yoxdur ki, sinaqoq milyonlarla «etnik qardaş»ı öz diqqətindən, daha doğrusu, öz təbliğatından və deməli, himayəsindən kənarda saxlamazdı. Üstəlik də, yəhudinin kiminlə «qohum» olub-olmaması məsələsi sinaqoqa hamıdan yaxşı məlumdur. Gəlin unutmayaq ki, yüz illərlə davam etmiş yəhudi təqibləri dönəmində bu millətin özgürlüyünü (deməli, özünü) qoruyub saxlaya bilməsində sinaqoqun misilsiz xidmətləri olub, indi də var...

Növbəti arqument barədə bir qədər əhatəli olmaq istəyirəm. Yuxarıda qeyd etdim ki, sionizm və sinaqoq yəhudi millətini dünyanın şəriksiz sahibi və ən qədim sakini hesab edir, bu xilafi-arqumentdən çıxış edərək, dünyanı idarə edəcək vahid yəhudi dövləti qurmaq niyyətində olduğunu gizlətmir. Maraqlıdır ki, sionizm məhz bu niyyətə çatmaq yolunda bölgədə kürd amilini ön plana çəkib və min illərin çox iyrənc bir «doqma»sını görməzliyə vurur. Söhbət «qoy» məsələsindən gedir. Məsələ belədir ki, yəhudilərin dini kitabı olan «Talmud», kitabın yəhudi şərhçiləri və yəhudi dinöyrədiciləri (məsələn, Maymonid) dünyanın sakinlərini iki qrupa («silk»ə) bölür - yəhudilər və qeyri yəhudilər. O da məlumdur ki, bütün yəhudi mənbələrində qeyri-yəhudilər «qoy» adlandırılır və onlara misli-bərabəri olmayan həqarətlə yanaşılır! Bu sıradan kürdlər də istisna deyil. Tarixən, belə olub, indi də belədir - sionistlər nə qədər ört-basdır etsələr də. Fikrimi konkret misalların (mənbələrdən sitatların) köməyi ilə möhkəmlətmək istəyirəm...

Məsələn, Flavian Brenenin 1994-cü ildə təkrar çapdan çıxmış «Yəhudilər və Talmud» adlı kitabının ruscasına yazılmış ön sözdə deyilir: «Tarixin dərinliklərinə baş vurduqca, yəhudilərin digər xalqların arasına yayıldığı vaxtlardan üzübəri, biz onları, öz mühitinə qəbul etmiş xalqlarla mübarizədə görürük... Hal-hazırda bir tərəfdən yəhudilər, digər tərəfdən isə xristian və müsəlmanlar arasında gedən bu mübarizə zəifləmiş görüntü alıbsa, səbəbi odur ki, İsrail keçmişlərdəki açıq və düzxətli nifrətini indi ustalıqla pərdələyir...».

Yəhudilərin (sinaqoqun və yəhudi din öyrədicilərinin), digər millətlərin nümayəndələrinə («qoy»lara) yönəlik ifrat eqoist və təhqiramiz münasibəti barədə hələ 1913-cü ildə Saratov və Saritsının yepiskopu, tanınmış dinşünas-publisist Aleksiy (Dorodnitsın) «Talmud mənəviyyatı» («Moral Talmuda») adlı məqaləsində belə yazıb: «Talmud bütün bəşəriyyəti iki hissəyə bölür: yəhudilər və qeyri-yəhudilər. Sonuncuları isə «qoy» adlandırır: «Hər cür sünnət edilməmiş yad qəbiləlidir. Yadqəbiləli və bütpərəst isə eyni anlayışlardır... Təkcə yəhudi Allah tərəfindən göndərilib, qalanlar isə şeytandan əmələ gəlib. Yəhudilər Allaha mələklərdən daha çox xoş gəlirlər. Odur ki, kim öz hərəkti ilə yəhudini təhqir edirsə (onun üzünə sillə vurursa), Allahın böyüklüyünü təhqir etmiş olur. Buna əsasən, yəhudiyə zərbə endirmiş qoy ölməlidir. İnsanlar heyvanlardan nə qədər yüksəkdə dayanırsa, yəhudi də qeyri-yəhudilərdən o qədər yüksəkdə dayanır...»»

Xeyli maraqlı, o qədər də ibrətamizdir - sinaqoq və yəhudi din öyrədicilərinin şərhinə görə, məhz belə bölgü yəhudilərə «hüquq» verir ki, «qoy»un əmlakını müsadirə etsin (zorla əlindən alsın) və öz əmlakına qatıb, üzərində sərəncam versin: «Yəhudi - insanla «qoy»-heyvan arasında olan fərqin eyniliyi yəhudiyə hüquq verir ki, «qoy»un əmlakı, həm də onun həyatı (və ya ölümü) üzərində sərəncam versin. Bu barədə rəbbi Maymonid (yəhudi din öyrədicisi, Talmud şərhçisi - M.A.) deyib: «Öldürmə deyilirsə, o deməkdir ki, İsrail övladını - yəhudini öldürmə, «qoy» isə İsrail övladı deyil». Beləliklə, onları heç bir vicdan əzabı çəkmədən öldürmək olar və bunu o zaman etmək daha yaxşı olardı ki, heç bir məsuliyyət təhlükəsi hədələməsin: «Bütpərəstlər arasından ən hörmətlisini öldürmək lazımdır». Həm də əgər «qoy»u düşdüyü quyudan çıxartsan, bütpərəstliyə xidmət göstərmiş olarsan...»

Sinaqoqun qeyri-yəhudilərə («qoy»lara) yönəlik təhqiramiz münasibəti barədə «Talmud mənəviyyatı» məqaləsində müəllif aşağıdakı lakonik şərhi verir: «Bütün ravvinlər öz aralarında razılaşırlar ki, qeyri-yəhudi təmiz heyvani təbiətə malikdir. Rəbbi Moisey ben Nahman, rəbbi Raşi, rəbbi Abravanel, rəbbi Jalkyu və digərləri «qoy»ları bəzən itlə, bəzən eşşəklə, bəzən də donuzla müqayisə edir. Rəbbi Abravanel deyir: «Təkcə yəhudi xalqı əbədi həyata layiqdir. Digər xalqlar isə eşşək kimidirlər...»»

Nəhayət, «Talmud» yəhudilərə aşağıdakı səpkidə çağırış ünvanlayır: «İtlər və eşşəklər üzərinə Allahın qəzəbi də «qoy»lar üzərinə Yəhvanın nifrəti qədər can atmır...»

Bütün bunlar elə-belə, xala xətrin qalmasın səciyyəli çağırış və tezislər deyil - sinaqoqun mahiyyətindən xəbərdar olanlar bunu yaxşı bilirlər. Belə ki, sinaqoqun (ravvinin) çağırışlarına əməl etməyən, qadağalarına məhəl qoymayan yəhudilər «dönük» elan edilir və onlara qarşı 3 mərhələli «ictimai təpki üsulu» tətbiq olunur.

Heç şübhə yoxdur ki, sinaqoqun «qoy»a belə münasibətindən kürdlər də kənarda qalmayıblar. Belə deməyə yetərincə əsas var. Məsələn, hələlik yəhudi mənbələrinin heç birində kürdlərin bu münasibətdən istisna təşkil etmələri barədə heç bir yazılı məlumata rast gəlinməyib. Bu məqamda aşağıdakı məntiqi sualla üz-üzə qalırıq: bəs, necə oldu ki, min illər boyu yəhudinin «qoy» adlandırdığı kürd, birdən-birə elə həmin yəhudinin «genetik qardaşı» çıxdı?! Bu sual gərəkdir ki, hər bir kürdü (və qeyri kürdü) dərindən düşündürsün və o, bir mətləbin fərqində olsun: yəhudi «qoy» adlandırdığı kürdü indi məhz hansı səbəbdən dolayı «bağrına basmaq» niyyətinə düşüb?!

Başqa bir sual da hələlik havadan asılı vəziyyətdə qalmaqdadır: əgər gerçəkdən də kürd yəhudinin «genetik qardaşı»dırsa, onda nə üçün sinaqoq onu «qoy»lar siyahısından çıxarılmış elan etmir?!

Etməz, çünki bunun ciddi səbəbləri var...

Müasir yəhudi (İsrail vətəndaşı) isə elə min il bundan əvvəlki yəhudi kimi düşünür: «Bəşəriyyət bütün başlıca dəyərləri yəhudi vasitəsilə əldə edib. Məhz bizim vasitəmizlə Allah qeyri-yəhudilərə - «qoy»lara ilahi həqiqətləri verib... Hamı bilir ki, yəhudilər - seçilmiş xalqdır. Bəs, hansı məqsədlə seçilmiş? O məqsədlə ki, bütün bəşəriyyət üçün qızıl standartlar müəyyən etsin» («Komsomolskaya pravda», 3-9 fevral, 2009 il, səh.7).

Bütün bunlar açıq-aydın göstərir ki, bu gün beynəlxalq sionizm Yaxın və Orta Şərqdə kürdlərdən bir alət qismində istifadə etmək (vaxtına-vədəsinə qədər) yolunu tutub. Bəs, sabah necə olacaq - yəhudinin səmimiyyətinə inanmaq olarmı?! Bax, bölgə kürdləri bu barədə düşünsələr, pis olmazdı...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar