"GÜLƏR ƏHMƏDOVA GECƏLƏR ŞƏHƏR GƏZİNTİSİNƏ ÇIXARILIR" - Sensasiyalı iddia

Hazırda Kürdəxanıda yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan, barəsində 3 il azadlıqdan məhrum etmə cəzası verilən sabiq deputat Gülər Əhmədova barəsində "Yeni Müsavat" qəzetinə  ilginc məlumat daxil olub. Qəzet təcridxanadakı mənbələrinə istinadən bildirir ki, G.Əhmədovanın türmədə vəziyyəti yaxşıdır. Ona xüsusi münasibət göstərilir, bütün tələbləri dərhal yerinə yetirilir. Bu günə qədər sabiq deputat bir neçə dəfə xəstəxanaya aparılıb və orada müayinə olunub.

"Amma mənbənin verdiyi əsas məlumat gerçəkdən də şok xarakterlidir. Xəbərə görə, G.Əhmədovaya mafiya dünyası barədə çəkilən filmlərdə olduğu kimi, ilginc güzəştlər edir. Belə ki, sabiq deputatın deputat dostlarından biri onun mütəmadi olaraq, bir neçə saatlığa da olsa, bayıra çıxmasına şərait yaradır. Daha doğrusu, bu şəraiti onun vasitəsi ilə yaradırlar. Mənbəmizin sözlərinə görə, həmin deputat türmə rəhbərliyindən xüsusi icazə alaraq G.Əhmədovanı bir neçə saatlığına şəhər turuna çıxarır. Həmin müddətdə sabiq deputatı gəzintiyə, restorana aparan dostu bununla da onun ağır əhvalını düzəltməyə çalışır."

Məlumatda həmçinin bildirilir ki, bu “səfərlər” əsasən gecə saatlarında baş tutur. Belə ki, məhkumlar yatandan sonra G.Əhmədova həkimin yanına getmək adı ilə kamerasından çıxarılır və türmənin qapısı ağzında olan deputat dostunun maşınına mindirilir. Sabiq deputat səfərdən səhər saatlarında geri qayıdır. Həmin saatlarda G.Əhmədova şəhərdə ən çox sevdiyi yerlərə baş çəkir, lüks restoranlara aparılır və bir qədər əhvalı düzəlir. "Mənbəmiz qeyd edir ki, şəhərə çıxarkən deputat ilk baxışdan tanınmaması üçün mümkün olan hər şeyi edir. Türmədəki çox dar çevrə bu səfərlərdən xəbər tutur", deyə daha sonra qəzet yazır.

“Yazılanlar elə bir ağır ittihamdır ki, bunun arxasında durmaq lazımdır. Yəqin ki, məsələyə rəhbərlik səviyyəsində açıqlama veriləcək. Təbii ki, yazılanlar cəfəngiyyatdır. Elə qəzetin ritorikasına uyğun bir məlumatdır. Belə bir şey ola bilməz”. Bunu isə Modern.az-a Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar