"Əli Kərimlidənsə İlham Əliyev yaxşıdır" - Rauf Arifoğlu

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının yanvarın 10-u axşam saatlarında yazdığı bir facebook statusu siyasi gündəmə bomba kimi düşəcək fikirlərlə müşahidə olundu. Bu fikirlər Fuad Qəhrəmanlının yazdıqlarında yox, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun ona verdiyi cavablardadır.

Azadliq.info-nun məlumatına förə, Fuad Qəhrəmanlı "Yeni Müsavat"a təklif edirəm, hər nömrədə mənə qarşı ifadə etdiyi aqressiyasının yarısını heç olmasa bir nömrədə İlham Əliyevə göstərsin, biz də onun yazdıqlarının iqtidar projesi olmadığına inanaq”, - deyə qeyd paylaşıb. Qeydlə bağlı geniş polemika açılıb və 100-ə yaxın şərh yazılıb.

Müzakirələrə bir neçə məqamda Rauf Arifoğlu da qoşulub və bunlardan birində yazıb ki, AXCP sədri və onun komandasının Azərbaycanda iqtidara gəlməsini istəmir; Əli Kərimlinin hakimiyyətə gəlməsindənsə, Əliyevlərin iqtidarda qalmasını arzulayır:

“Məni özünə düşmən elan etmiş bir liderin və onun zombilərinin Azərbaycanda iqtidar olmasını istəmirəm. Əli Kərimlinin iqtidar olması ölkəm üçün Əliyevlərin iqtidar olmasından daha fəlakətli olardı... İndi nə təklif edirsiniz, Azərbaycanın fəlakəti hesab etdiyim bir şərçi, zombi dəstəsinin iqtidar olması üçün savaşmalıyam? Niyə? Azərbaycan yazıq deyilmi?..”.

Fuad Qəhrəmanlı baş redaktorun bu fikirlərini etiraf kimi dəyərləndirib və onu YAP funksionerləri ilə eyni cərgəyə qoyub:

“Rauf bəy çox böyük etirafda bulundu. Demək o, Azərbaycanın sərvətlərini talayan, feodal ölkəsinə çevirən, millətin mənəviyatını çürüdən, təhsilini, iqtisadiyyatını, səhiyyəsini və gələcəyini məhv edən İlham Əliyevi Əliyevlər rejiminə qarşı mübarizə aparan Əli Kərimlidən daha üstün tutur...

Rəsmən etiraf etdi ki, Əli Kərimlidənsə İlham Əliyevin hakimiyyətdə olmasını istəyir. Amma səmimiyyəti çatmadı etiraf etsin ki, təkcə istəmir, həm də bütün gücü ilə çalışır, Əli Kərimli iqtidara gələ bilməsin, Əliyevlərin iqtidarı davam etsin...

Rauf bəy, biz sənin Əli Kərimlidənsə İlham Əliyevi prezident görmək hüququna hörmətlə yanaşdığımız kimi, sən də bizim Əli Həsənov, Siyavuş Novruzov və s. İlham Əliyev tərəfadları kimi səni də tənqid etməyimizi qəbul etməlisən”.

Müzakirələrdə Müsavat Partiyası və “Yeni Müsavat” qəzetinə qarşı tənqidlər üstünlük təşkil edib, ancaq bir neçə istifadəçi də əksinə, onları müdafiə xarakterli rəylər yazıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar