Ruhidən mənzil hədiyyəsi - Fotolar

Teleməkanın ən baxımlı zövq yarışması olan “Özünə bax” yenidən ekranlara qayıdır.

“Qafqazinfo”nun məlumatına görə, yarışmanın təşkilatçısı, biznes-ledi Ruhi Əliyeva bu gün jurnalistləri başına yığaraq verilişi haqqında maraqlı açıqlamalar verib.

“Özünə bax-2” proqramı yenidən ekranlara qayıdır. Əminliklə deyə bilərəm ki, bu mövsüm möhtəşəm olacaq, tamaşaçıları bir çox yeniliklər, sürprizlər gözləyir.Həm münsiflər heyətində, həm proqramın formatında böyük dəyişikliklər etmişik. Qalibə verəcəyimiz mükafat bu dəfə daha dəyərlidir. Müsabiqənin qalibinə, mənzil, ikincisinə zinət əşyaları (brilliant dəst) veriləcək. Üçüncünü isə Avropa ölkələrinin birinə 1 həftəlik istirahətə yollayacağıq. Biz iştirakçıları seçərkən yalnız zövqlərini, xarici görünüşlərini nəzərə almırıq. Bizim yarışmada iştirak edən xanım tamaşaçıları həm xarici, həm daxili gözəlliyi, tərbiyyəsi və xanımlığı ilə cəlb etməli, könüllərini oxşamalıdır.

Bununla yanaşı digər layihələr üzərində də işləyirik. Məşhur türk müğənnisi ilə danışıqlar aparırıq, lakin kimliyini açıqlaya bilməyəcəm. Türkiyənin sevilən proqramı “Bu gün nə giysəm”in münsifi Hakan Akkaya və moda-ikonası İvana Sərt Bakıya gələcək. İvana ilə iş birliyimiz nəzərdə tutulur, Hakanın isə Bakıda defiləsi keçiriləcək. Onların hər ikisi “Özünə bax-2”nin qonağı olacaq”.

Qeyd edək ki, “Özünə bax-2” sentyabrın 16-dan etibarən ATV kanalında həftənin üç günü efirə gedəcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar