SƏFƏR ƏBİYEV BARMAĞINI KİM(LƏR)Ə TUŞLADI?- Sabiq nazir sifarışçini tanıyır

Səfər Əbiyev: "Bu məlumatların hansı mərkəzdən idarə olduğunu yaxşı bilirəm"

Sabiq müdafiə naziri Səfər Əbiyev Qarabağ qazisi ilə bağlı olayda adı hallanan "Edis Group" şirkətinin onunla əlaqəsi olmadığını bildirib.

S. Əbiyev “Qafqazinfo”ya açıqlamasında Qarabağ qazisi Zaur Həsənovun ölüm işində adının hallandırılmasına etiraz edib. O bildirib ki, “Edis Group” şirkəti ilə heç bir əlaqəsi olmayıb, ümumiyyətlə, bu şirkət barəsində birinci dəfə eşidir: "Mən bu məlumatların hansı mərkəzdən idarə olduğunu yaxşı bilirəm. Mənim hər hansı xarici şirkətlə əlaqəm yoxdur. Haqqımda yazılan həm bu, həm də digər dəqiqləşdirilməmiş xəbərlərə görə təəssüf edirəm”.

Xatırladaq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Qarabağ qazisi Zaur Həsənov olayı ilə bağlı yaydığı son

xəbərdə mərhumun sökülən obyektinin əslində “Edis Qroup” şirkətinə məxsus olduğunu bildirib və bunu təsdiqləyən 2011-ci ilə aid Ali Məhkəməyə kasasiya şikayətindən iqtibas verib.

“Yeni Müsavat” qəzeti isə “Edis Qroup”un keçmiş müdafiə naziri Səfər Əbiyevin şirkəti olduğunu iddia edib.

Bu qəzetin daha çox hakimiyyətdəki hansı qrupla əlaqələrinin olduğuna dair iddiaları nəzərə alsaq, Əbiyevin kim(lər)i nəzərdə tutduğunu müəyyən etmək cətin olmaz. Elə Əbiyev açıqlama verməmişdən öncə də qazinin ölümünün əsl səbəblərindən və günahkarlarından diqqətlərin yayındırılmasına xidmət edən yazının arxasından da Prezident Administrasiyasının kölgəsi açıq görünürdü. Düzdür, qəzetə məlumat ötürən mənbənin və ya yazının sifarişçisinin qazinin

ölümü ilə bağlı ittiham altında olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyevin qudası, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun, yoxsa onun üstündəki şəxsin- Mehdiyevin olduğunu təxmin etmək çətindir. Ancq hər ikisi, hətta Səttar Mehbalıyevi də nəzərə alsaq hər üçü eyni hakimiyyətdaxili qrupa- "Naxçıvan klanı"nına aid olduğundan Əbiyevin "bu məlumatların hansı mərkəzdən idarə olduğunu yaxşı bilirəm" deyərkən onları nəzərdə tutduğunu ehtimal etmək olar. Görünür, "Naxçıvan klanı" Əbiyevin vəzifəsindən çıxarılması ilə kifayətlənmək istəmir...

Murad

AzPolitikainfo

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar