"Arif Hacılı seçki dövründə Cəmil Həsənlinin görüşlərini əngəlləyirdi"

“Müsavat 2003-cü ildəki partiya deyil, ümidlərini iqtidarın vəd etdiyi mandatlara bağlayıblar“

"Müsavat Partiyası 2003-cü ildəki partiya deyil. Bunu müsavatçılar bilir, cəmiyyətin də bilməsinə ehtiyac var". Bu fikirləri AXCP sədr müavini Fuad Qəhrəmanlı bildirib.

Hafta.az-ın verdiyi xəbərə görə, F.Qəhrəmanlı Arif Hacılının seçki dövründə Cəmil Həsənlinin görüşlərinə maneə olduğunu qeyd edib: "O səbəbdən də bu partiyanın iqtidar tərəfindən Milli Şuradan qoparılmasına təəssüflənsək də, yola davam üçün əl-qolumuzu işdən soyutmamalıyıq. Ötən il AXCP olaraq 40-a yaxın rayonda yerli təşkilatlarımızla kütləvi müşavirələr keçirdik, eyni vaxta Müsavat partiyasında buna cəhd olsa da bir rayonda belə 20 nəfərin bir yerdə fotosunu çəkdirə bilmədilər. Milli Şuranın seçki kampaniyasının gedişi zamanı Müsavat Cəmil Həsənli üçün bir rayonda belə görüş keçirə bilmədi, əvəzində isə bütün görüşləri AXCP olaraq tək təşkil etmək zorunda qaldıq. Bu azmış kimi bir çox görüşlərimizi Arif Hacılı təxirə saldırmağa "müvəffəq" oldu. Dəfələrlə deyilməsinə baxmayaraq, Milli Şuranın seçki qərargahına bu partiyadan olan müşahidəçilərin siyahısı verilmədi, çünki ortada düz-əməlli başlı müşahidəçi sayı yox idi".

F.Qəhrəmanlı vurğulayıb ki, bütün bunları Müsavatın 2003-cü ilin gücü üzərindən spekulyasiyalar edib, ölkənin iki ən böyük partiyasından biri MŞ-nı tərk etdi deyilib, insanlarda ruh düşkünlüyü yaradılmaması üçün qeyd edib: "Bu partiyanın rəhbərliyi bunu hamıdan yaxşı bildiyi üçün mübarizəyə inamını itirib, ona görə də indi hakimiyyətin Milli Şuranı parçalamaq ssenarisində iştirak etməklə, ümidlərini iqtidarın vəd etdiyi mandatlara bağlayıblar. Yoxsa niyə bu işə qol qoyurdular ki?"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar