Deputatlar arasında kartof deyişməsi

Etibar Hüseynov da  kartofu seçə bilər. Bu onun doğrudan da baxışlarını, siyasi mübarizəsinin konturlarını özündə ifadə edirsə, çox normaldır”.

Bunu Modern.az saytına açıqlamasında prezidentliyə namizəd, millət vəkili Zahid Oruc deputat həmkarı Etibar Hüseynovun onun haqqında dediklərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycanın təbiət məhsulları kiminsə mübarizəsinə ironiya bildirmək üçün predmet ola bilməz. “Gəlin, onları rahat buraxaq. Biz seçki simvolumuz haqqında yetərli məlumatları təqdim etmişik”-deyən Z. Oruc vurğulayıb ki, Etibar Hüseynovun reaksiyası onlarda sadəcə olaraq xoş emosiya doğurur.

“Buna əlavə münasibətimiz yoxdur və olmayacaq. Kimlərsə seçki mübarizəsinə hansısa bir elementdə yaxınlaşmaq və orada yer alıb belə  fikirlərlə öz varlıqlarını göstərmək istəyirlərsə, bu çox yaxşı və normaldır. Bu halda onu süngü ilə də qarşılamırıq”, - deyə millət vəkili ittihamları cavablandırıb.

Xatırladaq ki, prezidentliyə namizəd Zahid Orucun seçki simvolu kimi narı seçməsinə deputat Etibar Hüseynov iradını bildirib. O, Z. Orucun Gədəbəydən olduğunu əsas gətirərək bildirib ki, kartofu seçki simvolu etsəydi daha yaxşı olardı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar