Facebookdan BMT-yə rədd cavabı gəldi

Facebook sosial şəbəkəsi, BMT-nin Somalidəki dəniz quldurlarının fəaliyyətini izləmək təklifini rədd edib.

BMT-nin Somali və Eritreya İzləmə Qrupunun bu ay yaydığı hesabatda bildirilir ki, bir çox xüsusi şirkət və qrup tərəfindən Facebooka edilən təklif qəbul edilməyib.

Təklifdə bildirilirdi ki, quldurlarla, Əl-Qaidə terror təşkilatı əlaqəli insanlarla və hökümətlərdə təmsil olunan bəzi məmurlarla bağlı araşdırmaların aparılması bu sosial şəbəkə vasitəsi ilə həyata keçirilsin.

Hesabatda qeyd olunur ki, Facebook isə e-poçt vasitəsilə, BMT-nin onlara belə bir təklif vermək üçün qanuni bir səlahiyyəti yoxdur və buna görə də onların tələbi qəbul edilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar