Tanınmış müsavatçı partiyanın qərarını tanımadı, Milli Şurada qalır

“Mən Müsavat Partiyasının Milli Şura ilə bağlı qərarına hörmətlə yanaşıram, ancaq fərd kimi Milli Şurada fəaliyyətimi davam etdirməyə qərar vermişəm”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynov (Qara Tofiq) söyləyib.

T. Hüseynov deyib ki, Müsavat Partiyasından istefa vermək niyyəti yoxdur: “İndi Milli Şura məsələsi ilə bağlı çox geniş danışmaq istəmirəm. Çünki hazırda səhhətimdə çox ciddi problem var, bir ay on gündür ki, Ankarada idim, yeni gəlmişəm. Qazi Universitetinin xəstəxanasında müalicə alırdım, bu ayın sonu yenə gedəcəyəm. İnşallah, müalicədən qayıdım, Milli Şura məsələsi ilə bağlı geniş danışaram”.

“Tofiq bəyin təmsilçiliyi “El” Hərəkatı tərəfindən irəli sürülüb”. Bunu Modern.az-a Müsavatın Divan üzvü Tural Abbaslı partiya başqanının müşaviri Tofiq Hüseynlinin Milli Şurada fəaliyyətini davam etdirməsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Milli Şurada partiyalar təmsil olunmur, orada fərdi üzvlük əsas götürülür: “Müsavatın Divan iclasında da verilən qərarda göstərilirdi ki, partiya öz üzvlərinin Milli Şuradakı fəaliyyətinin məqsədəuyğun hesab olunmadığını elan edir. Buna görə də istefalar fərdi qaydada olmalıdı. Bütün üzvlər seçim edə bilərlər. Tofiq bəyin də seçimi budur, yəqin ki, növbəti Divan iclasında bu məsələyə münasibət bildiriləcək. Tofiq bəydən başqa bu cür addım atan olmayıb”.

T.Abbaslı bu gün keçiriləcək Divan iclasının təxirə salındığını deyib: “Müsavat başqanının müşaviri Yadigar Sadıqovun məhkəməsi ilə əlaqədar üzvlərimiz xeyli hissəsi məhkəməyə gedib. Ona görə də qərara gəldik ki, iclası yanvarın 14-də keçirək”.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli Milli Şurada fəaliyyətini davam etdirməyə qərar verib. O, Müsavat Partiyasının Milli Şuradan çıxmasını yanlış addım addım kimi qiymətləndirib. T.Hüseynli Müsavatın qərarının ona təsir etmədiyini qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar