Avroparlament Rusiyanı pisləyən qətnamə qəbul elədi

Qurum Kremli postsovet ölkələrinə təzyiqdə suçladı

Bu gün Strasburqdakı plenar iclasında Avropa Parlamenti Rusiyanı postsovet məkanı ölkələrinə siyasi-iqtisadi təzyiqlər eləməkdə suçlayan qətnamə qəbul edib.

Qətnamədə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına qoşulan və quruma assosiativ üzvlüklə bağlı ikitərəfli müqavilələri imzalama mərhələsində olan ölkələrə (Ermənistan, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus) Moskvanın göstərdiyi müxtəlif növ təzyiqlərin “qəbuledilməz olduğu” qeyd edilir. Sənəddə Rusiya həmçinin, beynəlxalq normalara sayğılı olmağa çağırılır.

Xatırladaq ki, qurumun genişlənmə və Avropa siyasəti üzrə komissarı Ştefab Füle ötən həftə Strasburqda Avropa deputatları qarşısında çıxış edərkən “Şərq tərəfdaşlığı” ölkələrinə qarşı Rusiyanın hərəkətlərini beynəlxalq prinsiplərə zidd sayaraq pisləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar