“Kia Motors Az” etiraz edir - "Yayılan məlumatlar böhtandır"

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl AzNews.az-a “Kia Motors Az” MMC-nin dövlətdən 40 milyona yaxın pulu gizlətdiyinə və onu “Parabank”ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlayaraq, müəyyən müddətlərdə dövriyyəyə buraxdığına dair məlumat yayıb. Sayt daha sonra  hər iki qurumda Vergilər Nazirliyinin böyük yoxlamalara başladığını və doğrudan da milyonlarla vəsaitin vergidən yayındırılmasını, bununla bağlı sənədlərin saxtlaşdırılmasını və başqa cinayət əməllərini aşkarlandığını iddia edib.

"AzPolitika.info" saytındada dərc edilən həmin məlumatlarla bağlı “Kia Motors Az” MMC-nin mətbuat xidmətindən redaksiyamıza etiraz məktubu göndərrilib. Həmin məktubu dərc edirik:

"22 iyun 2015-ci il tarixdə “AzNews.az” və ona istinadən bir sıra internet saytlarında “Parabank” ASC və “Kia Motors Az” MMC barəsində həqiqətə uyğun olmayan məlumatlar yazılaraq yayılmışdır. Bununla bağlı MMC həqiqətə uyğun olmayan məlumatları yaymış saytlara məktub yollayaraq öz etirazını bildirmişdir.

27 iyun və 29 iyun 2015-ci il tarixlərində yenə də “AzNews.az” saytı birtərəfli mövqe nümayiş etdirərək, məqalədə adları hallanan şirkətlərin mövqeyini işıqlandırmadan eyni səpkili məqalələrin yerləşdirməsini davam edib. Reytinq xatirinə yazılmış, təhrif olunmuş məlumatlara əsaslanan, qərəzli və böhtan xarakterli bu məqalələr “Kia Motors Az” MMC-nin reputasiyasına xələl yetirir və Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında” qanunun bir sıra maddələrinə ziddir. Bununla bağlı “Kia Motors Az” MMC-nin məhkəmə orqanlarına müraciət etməsi istisna olunmur.

“Kia Motors Az” MMC bir daha qeyd edir ki, “Kia Motors Az” MMC “Parabank” ASC-nin “Nəsimi” filialı ilə uzun illərdir ki əməkdaşlıq edir, MMC-nin bu filialda bank hesabı mövcuddur, bu hesab üzrə müqaviləyə əsasən pul vəsaitinin yığılması, saxlanması və dövriyyəsi qanuni əsaslarla həyata keçirilir. Məqalələrdə sözü gedən cinayət işi üzrə “Kia Motors Az” MMC zərərçəkmiş kimi tanınmışdır. Qeyd edilən cinayət işində törətdiyi cinayət əməlinə görə həbs olunan şəxs vardır. İstintaq davam etdiyinə görə, MMC tərəfindən hər hansısa geniş məlumatların verilməsi mümkün deyil.

“Kia Motors Az” MMC yayılan məlumatların böhtan olduğunu bildirir və xəbər saytlarını bu kimi böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırır".

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar