Banklar bir gündə 50 milyard zərərə düşdü

Xüsusilə Portuqaliya, İspaniya və İtaliyanın kredit şirkətlərinin kağızları ucuzlaşıb.

Yunanıstan Avropa banklarına bir gün ərzində 50 milyard avro zərər vurub.

ANS PRESS-in məlumatına görə, bu haqda "Bloomberg" yazıb. Bildirilib ki, Yunanıstan iyunun 28-də məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyinə görə Avropa banklarının kapitallaşma səviyyəsində 50 milyard avro azalma qeydə alınıb.

Agentlik bu göstəricinin 2011-ci ilin noyabrından sonra ən pis rəqəm olduğunu bildirib. Xüsusilə Portuqaliya, İspaniya və İtaliyanın kredit şirkətlərinin kağızları ucuzlaşıb.

Bütün bunlara səbəb Yunanıstan hakimiyyətinin iyulun 6-na qədər ölkədəki bankların fəaliyyətini dayandırması olub. Eyni zamanda pulların xaricə axınının qarşısını almaq üçün kapital hərəkətinə nəzarət tətbiq edilib. İndi bir adam bankomatdan sutka ərzində 60 avrodan çox pul çəkə bilməz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar