Prezidentdən daha bir nazirə yüksək mükafat - FOTO

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün “Bulvar” otelində “Bakı-2015”in başa çatması ilə bağlı keçirilən mərasimdə iştirak edib. Prezident I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə görə idmançıları, onların hakimlərini və bir neçə yüksək vəzifəli şəxsi təltif edib.

Onların içində Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti, vergilər naziri Fazil Məmmədov da var. İlham Əliyev Fazil Məmmədovu “Şöhrət” ordeni ilə təltif edib.

Qeyd edək ki, bu gün həm də gənclər və idman naziri Azad Rəhimov eyni ordenlə mükafatlandırılıb. Teakvando Federasiyalarının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar