İrəvanda nümayişçilər mərkəzi prospektdən getmədi - CANLI YAYIM

İrəvan polisi şəhərin mərkəzində elektrik enerjisinin bahalaşmasına qarşı çıxış edən etirazçıların özlərinin dağılışmasını gözləyir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İrəvan polisinin rəis müavini Valeri Osipyan bildirib.

“Polisin hazırda heç bir tədbir görmək niyyəti yoxdur”, deyə o bildirib və etirazçıların özlərinin dağılışacağına əmin olduğu bildirib.

Ötən gün axşam saatlarında bir neçə şəxsdən partlayıcı qurğunun götürülməsi xəbərinə münasibət bildirən polis rəisi bildirib ki, müvafiq qurumlar hazırda bu məsələ ilə araşdırma aparır.

Hazırda Baqramyan prospektində 200-300 etirazçının gəzişdiyi, söhbət edib musiqiyə dinlədiyi bildirilir.

Bu arada etirazçılar İrəvanın mərkəzi küçələrində yürüş etmək niyyətində olduqlarını bildiriblər. “Novosti-Armeniya”nın xəbərinə görə, etirazçılar Baqramyan prospektində qalib gələnədək qalmaq niyyətində olduqlarını qeyd ediblər.

Heç nə dəyişməyib, biz aksiyanı davam edəcəyik. Biz dünən Azadlıq meydanına keçməyə qərar verənləri pisləmirik, sadəcə, biz burada mübarizəyə başladıq və burada da onu bitirəcəyik. Bizim bir tələbimiz var - elektrik enerjisinin bahalaşması qərarının ləğv olunmalıdır”, deyə təşkilatçıların bəyanatında bildirilir.

“Yürüşdə cəmi 20-30 nəfər iştirak edəcək, biz polisdən bizə mane olmamağı xahiş edirik. Bizim aksiya dinc xarakter daşıyır və bizim polislə qarşıdurma yaratmaq niyyətimiz yoxdur”, deyə təşkilatçılardan biri bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar