NATO-nun RUSİYA İLƏ QARŞIDURMA RİSKİ – Son 50 ildə ən yüksək həddədir!

Qərb ölkələrinin Rusiyadan gələ biləcək potensial təhlükəni önləmək məqsədi ilə silahlanmadan başqa çarələri qalmayıb

Keçən il Krımın Rusiya tərəfindən ilhaq edilməsi, Avropanın geosiyasi landşaftında Sovet İttifaqının dağılmasından sonra elə böyük dəyişikliklərin yaranmasına səbəb olub ki, indiyədək sakit vəziyyətdə dayanmış NATO, öz hərb maşınını gücləndirməyə başlayıb.

ABŞ və NATO, Avropanın şərqində bir sıra hərbi təlimlər keçirib, həmin ərazilərdə yeni tanklar və müasir artilleriya qurğularını yerləşdirməklə, Rusiyanın mümkün təcavüzünün qarşısını almağa hazırlıq görərək, Baltik ölkələri və həyacanlanmış digər müttəfiqlərini də sakitləşdirmək niyyətindədir. Lakin belə aktivliyin yüksəlməsi Şərqi Avropanın tədricən hərbləşdirilməsi kimi mənfi təsirlərə və Qərblə Rusiya münasibətlərinin daha da kəskinləşməsinə yol açır.

Avropaya beş günlük səfərə gələn ABŞ müdafiə naziri Eşton Karter məsələ barəsində deyib: ”Keçən ilin yayı ilə müqayisədə, Avropa bu gün tamamilə başqa cür görünür”.

NATO-nun müdafiə sistemlərinin alyansın bütün şərq sərhədləri boyunca yerləşdirilməsi ilə yanaşı, əslində onların bütün diqqəti Rusiyanın hücüm edə biləcəyi Pribaltika ərazisinə tərəf yönəlib. Estoniyanın müdafiə naziri deyib ki, Putin regionda hökmranlıq etmək imkanına malik olduğunu düşünür.

Keçən həftə Obama administrasiyası Şərqi Avropanın altı dövlətinin ərazisində öz tanklarını və digər silahları yerləşdirəcəyini elan edib. Eyni zamanda NATO praktik cəhətdən bir neçə şərqi Avropa ölkəsində daimi mənzillənmə məqsədilə keçirdiyi hərbi təlimlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Almaniyanın Nürnberq şəhəri yaxınlığındakı Qrafenver təlim mərkəzinin baş çavuşu Ceffri Hiqqinsin bildirdiyinə görə, amerikalı hərbçilər bir neçə həftə ərzində tarixdə ilk dəfə olaraq, Bolqarıstan, Estoniya və Litvada tankların da iştirakı ilə, əsl döyüş başlıqlı mərmilərlə atəş təlimləri keçiriblər.

NATO rəhbərliyinin fikirinə görə, hazırkı zamanda onlar öz ixtiyarlarındakı yeni çevik hərəkət qüvvələri hesabına, istənilən alyans ölkəsinin Rusiya tərfindən qorxudulması cəhdinin qarşısını ala bilərlər. Ən müasir silahlarla təchiz olunmuş və yüksək səviyyədə hərtərəfli təlim görmüş cevik qüvvələr, Rusiyanın müəyyən dərəcədə strateji üstünlüyü olan Pribaltika istiqamətindən gələ biləcək təcavüzkar hərəkətlərinin önünü kəsmək imkanına malikdir.

ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder deyir: ”Soyuq müharibə zamanı alyansın Qərbi Berlini müdafiə etmək üçün lazımı hərbi potensialı yox idi. Lakin NATO həmişə Sovet İttifaqına qarşı dayana biləcəyini qətiyyətlə nümayiş etdirirdi. NATO-nun indiyədək atdığı addımlar, onun lap elə ilk gündən Rusiyanın Baltik dövlətlərinə qarşı hücumunun qarşısını ala biləcəyi mənasına gəlməsə də, ancaq sözsüz ki, təcavüz baş verdiyi halda NATO-nun Rusiyaya qarşı müharibəyə girişəcəyi şübhəsizdir”.

İyirmi il ərzindəki həm nisbi sakitlik zamanı və həm də son maliyyə böhranı ilə əlaqədar bir çox Avropa ölkəsinin müdafiə büdcəsi azaldılıb.

NATO ölkələrinin müdafiə nazirlərinin bu yaxında keçirdiyi görüş zamanı, alyans üzvlərinin Ümumi Daxili Məhsullarının 2%-ə qədərinin müdafiə xərclərinə yönəldilməsi şərtləri daxilində, onların gördükləri işlər barəsində hesabat təqdim olunmuşdu. Bu hesabatdan məlum olub ki, beş dövlət öz ÜDM-nin 1%-dən azını müdafiəyə xərcləyir. NATO–ya üzv olan digər ölkələrinin yarısı isə ÜDM-ın 1,5% dən az hissəsini hərbi xərclərə yönəldir.

Alyans qarşısında həmçinin bir sıra xüsusi əməliyyat xarakterli məsələlər də durur. Almaniyanın Xarici İşlər naziri Ursula fon der Leyen hesab edir ki, NATO-ya daxil olan dövlətlər öz hərbçilərinin digər ölkələrə göndərilməsinə maneçilik törədən hüquqi əngəlləri aradan qaldırmalıdırlar. Bu yay ərzində NATO-nun aparacağı hərbi təlimlərin bir hissəsi əsas avtomobil və dəmir yolları vasitəsilə hərbi avadanlıqların çatdırılması istiqamətinə yönələcək. Deməli belə görünür ki, NATO artıq uzun müddət müzakirə etmədiyi bir sıra məsələlər üzərində ciddi düşünməyə başlayacaq.

NATO üzvləri üçün digər həyacan doğuracaq məqam isə, Şərqi Avropa ölkələrinin getdikcə daha çox militarizmə doğru yuvarlanmasıdır. Qərb məmurlarının sözlərinə görə, onların hazırkı vəziyyətdə Rusiyadan gələ biləcək potensial təhlükəni önləmək məqsədi ilə silahlanmadan başqa çarələri qalmayıb.

Bu sözləri həmçinin Rusiyaya da aid etmək olar. Beləki, Avropanın şərqində müntəzəm hərbi təlimlərə start verən NATO, Rusiyaya açıq şəkildə siqnal göndərir.

Hal-hazırda dünya məsələləri üzrə Çikaqo şurasının rəhbəri olan İvo Daalder bildirib: ”İndi biz, bir-birimizlə hərbi addımlar və hərbi siqnallar vasitəsilə danışırıq. Ona görə də tərəflər arasındakı ciddi gərginliyə aparacaq təhlükəli hadisələrin baş verəcəyi ehtimalı, 1960-cı illərdən bu yana ən yüksək həddə çatıb. Beləliklə, hazırda bizə dialoq lazımdır”. (The Financial Times)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar