Niyə susursan, İsa Qəmbər?

"2010-cu ildə sizin Bahar Muradova vasitəsi ilə Oqtay Əsədovla müzakirələr apardığınızı bilirik"

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook-da AXCP-Müsavat gərginliyinin səbəblərindən bəhs edən məqalə paylaşıb. AzPolitika.info həmin məqaləni təqdim edir:

Çox əsəbidirlər, qəzəbləniblər. Çünki belə gözləmirdilər. İş üstündə yaxalanıblar. Düşünrdülər ki, biz sadəcə iqtidarın Müsavatı Milli Şuradan qoparması olayına öz təəsüfümüzü bildirəcəyik, siyasi etika xatrinə də hələ bir yaxşı yol arzulayacağıq. Ancaq bu dəfə belə olmadı.

2005-ci ildə "Azadlıq"blokundan çıxıb gedəndə və bunun qarşlığında parlamentdə 4-5 yerlə mükafatlandırılan zamanlarda biz belə davranmışdıq. Dişləri şirəyə batmışdı, ancaq bu dəfə belə olmadı. Biz bu olaya münasibət soruşulan ilk andan bütün planları açıb tökdük, bunun bir iqtidar ssenarisi olduğunu, Milli Şuranı parçalamaqla indidən 2015 seçkilərinə hazırlaşıldığını, Müsavat rəhbərliyinə 4-5 mandat vəd olunaraq onların ətrafında "konstruktivlərdən" ibarət iqtidar bağlantılı Milli Şuraya alternativ müxalifət bloku qurmaq planlarının olduğunu dedik. Dediklərimiz çox böyük rezonans verdi, ziyalılar, demokratik düşərgənin tanınmış isimləri bu xəyanətə görə onları qınadılar. İndi ünvanımıza - AXCP rəhbərliyinə "Yeni Azərbaycanın" "Səs"in leksikonu ilə təhqirlər yağdırrlar, bizi "radikal", "dağıdıcı" qüvvə adlandırırlar. Bu yetmirmiş kimi, aləmi toz dumana bulaşdırmaq istəyirlər ki, öz natəmizliklərini gizlətsinlər, insanlar təhqirdən bezib nə baş verdiyi, kimin haqlı olması ilə maraqlanmasınlar. Ancaq alınmyacaq. Çünki xalq hər şeyi görür.

Bu proses başlayandan Müsavat başqanı İsa Qəmbər susur, baş verənlərə münasibət bildirməməyə çalışır. Çünki ortalıqda çirkin bir siyasi alver məsələsinin söz konusu olduğunu görüb özünü, reputasiyasını təmiz saxlamağa çalışr. Ancaq bu mümkün deyil İsa bəy! Axı biz bu işlərin əvvəlindən bir çox şeyləri bilirik.

Məsələn, 2010-cu ildə sizin Bahar Muradova vasitəsi ilə Oqtay Əsədova "mənə deputatlıq verin, başqanlıqdan gedirəm, kimi istəyirsiniz başqan olsun" tipli müzakirələr apardığınızdan tutmuş, bir çox şeyləri bilirik. O zaman alınmadı, bu dəfə alınar düşünürsünüz bəlkə. Ancaq, çirkab suya girib təmiz çxmaq mümkün olmadığı kimi, sizin də bu gün baş verənlərdən reputasiyanızı təmiz saxlamaq cəhdiniz alınmayacq. Çünki iqtidarla mandat bazarlaşmasının başında bu dəfə də siz durursunuz və bu gerçəyi kölgəyə çəkilməklə saxlamaq mümkün deyil.

İsa bəy niyə danışmrsınız, niyə Mlli Şuanını nədən tərk etdiniz suallarına çıxıb cavab vermirsiniz? 2003-cü ildə sadə müsavatçıları meydanda başsız qoyub 40 gün evinzdən çölə çıxmadınız, 2005-ci ildə mitinqçiləri Əli Kərmli, Lalə Şövkətlə meydanda qoyub arxa tərəfdən getdiniz. Hə, indi bunları yada salıb gərgin məqamlarda sizin ortalıqda görünməmək kimi bir huyunuzun olduğunu xatırladım.

Ancaq axı insanlar sizin "Rauf Arifoğluna qarşı çıxanlar mənə qarşı çıxır" dediyinizi unutmayıblar, indi həmin Rauf bəy deyir ki, "Əli Kərimlidənsə İlham Əliyevin iqtidar olmasını istəyirəm".

Belə çıxır ki, Rauf bəyin mövqeyini siz də bölüşürsünüz, çünki özünüzə bu qədər yaxın saydığınız şəxsin sözlərinə adicə münasibət bildirmədiniz. Əslində bildirib nə deyəsi idiniz ki, Əli Kərimlini siyasətdən silmək üçün 2000-ci ildə AXCP-də bölünmə baş verərkən iqtidarla birgə hərəkət edib başqa bir qanadı AXCP kimi tanımaq fikri sizə məxsus deyilmi?

Əslində Əli Kərimlinin problemi ondadır ki, daim müxalifəti bölüb-parçalamaq, intriqalarla diqqəti rejimə qarş mübarizədən yayındırmaq istəyən bir şəxslə həmişə böyük birlik layihələri gerçəkləşdirməyə çalışıb. Vahid namizəd ideyasına qarşı çıxıb onu Şaxta baba adlandırdığınız vaxtlarda müxalifətin geniş birliyi fikrini Əli bəy sizə ictimai təzyiq yolu ilə qəbul etdirmək üçün nə qədər zəhmət çəkməli oldu. Sonda başqa çıxış yolunuz qalmadığı halda könülsüz qəbul etdiyiniz bu qərarın icrasında əlinizi ağdan qaraya vurmadınız. Partiyanız Cəmil bəy üçün nə bir görüş təşkil edə bilmədi, nə maliyyə yardımlarında bəyənmdiyiniz kiçik partiyalardan fərqlənmədinz, nə də ki, müşahidəçilərinizin siyahsını ortalığa çıxarmadınız. Sonda da Milli Şuanın Cəml bəy səslərin 60-65%-ni toplayıb iddiasına qarşı çıxıb Məzahir Pənahovun dediklərini təsdiqlədiniz, 200 min səs yığıdığını iddia etdiniz. Əvvəl rəqəmlər üst-üstə düşdü, sonra da MŞ-dan ayrılmaqla yollarınız.

Yaxşı ki, bütün kartlar açıldı, yəqin içində olduğunuz oyunları nəzərdə tutub demişdinz ki, "bu il bir çox maskalar cırılacaq". Buyurun İsa bəy, indi sizin gerçəyinizi hər kəs görür, daha susmağa ehtiyac yoxdur. Bəlkdə İsa bəy insan kimi sizi başa düşmək olar, yaşlanmısınız, Müsavat partiyasının yerli təşkilatlarının əksəriyyəti dağılıb, vaxtı ilə ətrafınızda olmuş insanların çoxu bu gün sizi tərk edib. İndi siz ömrünüzün siyasətdən sonrakı dövrləri üçün bir "gün ağlamaq" qayğıları ilə yaşayırsınız. Nə deyə bilrik, siz öz qayğılarınızla yaşayın, Əli Kərmli də ölkəni kriminal iqtidardan azad edib demokratikləşdirmək arzuları ilə.

Ancaq İsa bəy susmayın, daha xeyri yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar