İsrail İordaniya ilə sərhəddə sədd çəkir

İsrailin təhlükəsizlik kabineti İordaniya ilə sərhəd boyu səddin ucaldılmasına dair layihəni təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin məlumatında bildirilir.

“Haarets” nəşrinin məlumatına görə, 30 km uzunluğu olacaq səddin ilk hissəsi İsrailin cənubundakı Eylat şəhərindən Timna vadisində tikiləcək beynəlxalq hava limanınadək uzanacaq. Məlumata görə, baş nazirin ofisi artıq səddin tikilməsi üçün lazım olan 2 mln şekel (525 min dollardan çox) vəsait ayırıb.

Məlumata əsasən, İsrail qeyd olunan layihəni İordaniya ilə müzakirə edir və aparılacaq tikinti barədə qonşu ölkəni xəbərdar edib: “Səddin ucaldılması sərhədin İsrail hissəsində həyata keçiriləcək və İordaniyanın suverenliyinə, milli maraqlarına, şərəf və ləyaqətinə heç bir zərər vurmayacaq”.

Tikiləcək səddin İsrailin Misir v Suriya ilə sərhədlərində ucaldılmış divarlarla oxşar olacağı bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar