Yunan nazir Avropanı İŞİD-lə hədələdi

Müdafiə naziri kreditorların məqsədinin kompromis yox, Yunanıstanı əzmək olduğunu deyib.

Yunanıstanın müdafiə naziri Panos Kammenos Avropa Birliyi ölkələrini hədələyib. Anspress-in məlumatına görə, SYRIZA-nın koalisiya ortağı, “Millətçi Müstəqil Yunanlar”ın (ANEL) lideri Kammanos AB-ni bütün İŞİD üzvlərinə şenqen vizası verməklə hədələyib. Parlamentin plenar iclasında çıxış edən müdafiə naziri kreditorların məqsədinin kompromis yox, Yunanıstanı əzmək olduğunu deyib.

“Avropa Birliyi bizə dəstək verməsə İŞİD daxil hamıya şengen vizası verəcəyik”.

Qeyd edək ki, beynəlxalq kreditorların Yunanaıstanın borcu üçün qoyduğu vaxt bu gün başa çatır. Yunanıstan 1,54 milyard avronu Beynəlxalq Valyuta Fonduna ödəməsə ölkədə defolt elan ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar