Dəhşətli virus daha bir nəfəri öldürdü

Mers-ə yoluxanların ümumi sayı 182 nəfər təşkil edir.

Cənubi Koreyada MERS virusundan ölənlərin sayı artıb.

Anspress-in məlumatına görə, Cənubi Koreyada Yaxın Şərq Respirator Sindrom (MERS) virusundan ölənlərin sayı 33 nəfər olub. Bu barədə xəbəri “Yonhap” agentliyi yayıb.

Xəbərdə bildirilir ki, koronovirus xəstəliyi diaqnozu qoyulan 182 nəfər var və onlardan 59-nun vəziyyəti ağırdır. İmmuniteti zəif olan insanların bu xəstəliyə tab gətirmədiyi xüsusilə vurğulanır.

Cənubi Koreyada bu virusdan ilk ölüm hadisəsi mayın 20-də baş vermişdi. Bundan başqa, bu virusa ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında rast gəlinib. Xəstəlik titrəmə və öskürəklə müşayiət olunur.

Qeyd edək ki, ötən həftələrdə Cənubi Koreyadan olan həkimlər yaranan böhran səbəbilə çıxış yolları axtararkən, QİÇS (AIDS), Ebola və SARS (MERS) viruslarını təsirsiz hala gətirən dərman (vaksin) icad etdikləri barədə xəbər yayıblar

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar