Çempionlar Liqasında həyəcan başlayır

Bu gün azarkeşlər Çempionlar Liqası və Avropa Liqasında 6 qarşılaşmanın şahidi olacaq.

Anspress-in məlumatına görə, bunlardan 3-ü qitənin ən nüfüzlu klub turniri – Çempionlar Liqası, digər 3-ü isə Avropa Liqası çərçivəsində baş tutacaq. Təmsilçimiz “Qarabağ”ın da iyulun 15-də ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacağı Çempionlar Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Çempionlar Liqası

21:00 “Pünik” (Ermənistan) - “Folqor” (San-Marino)

23:00 “Linkoln” (Cəbəllürariq) - “Santa Koloma” (Andorra)

23:45 “Kruzaders” (Şimali İrlandiya) - “Levadiya” (Estoniya)

Elə birinci təsnifat mərhələsindən üç klubla (İnter, Qəbələ və Neftçi) təmsil olunduğumuz Avropa Liqasında da bir-birindən maraqlı, gərgin matçlar oynanılacaq. Klublarımız isə ilk görüşlərini iyulun 2-si keçirəcək.

Avropa Liqası

21:00. “Baltsan” (Malta) - “Jelezniçar” (Bosniya və Herseqovina)

22:00. “Proqres” (Lüksemburq)- “Şemrok Rovers” (İrlandiya)

00:00. “Renova” (Makedoniya) - “Daçiya” (Moldova)

Bu mərhələnin cavab oyunları iyulun 7, 9-da baş tutacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar