Moody's-dan Azərbaycanla bağlı qorxulu proqnoz: "Yalnız 2016-ci ildə..."

banklar Bankların aktivlərinin keyfiyyəti pisləşəcək, kredit qoyuluşları azalacaq, problemli kreditlərin xüsusi çəkisi 15%-ə çatacaq

Beynəlxalq kredit reytinqi agentliyi Moody's Azərbaycanın Bank sisteminin reytinqinin proqnozunu "Stabil"dən "Neqativ"ə dəyişib. "Neqativ" (Mənfi) proqnoz o deməkdir ki, reytinq aşağı salına bilər.

Bu barədə "Marja"Moody's-a istinadən xəbər verir.

Moody's Azərbaycana “stabil” proqnozla “Baa3” reytinqini verib.

Moody's Investors Service bildirir, aşağı neft qiymətləri və valyuta devalvasiyası bankların əməliyyat mühitinə, eləcə də aktivlərin keyfiyyətinə, kapital, gəlirlilik və maliyyələşdirilməsinə təsir edir.

Moody's qeyd edir ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına aşağı istiqamətdə təzyiq yaradır. 2014-ci ildə Azərbaycanın nominal ÜDM-nin 37% -ə yaxını karbohidrogen sektorunun payına düşüb.

Moody's agentliyi proqnozlaşdırır ki, 2015-ci ildə Azərbaycanın ÜDM -i 1% azalacaq. Moody's qeyd edir ki, neftin qiyməti bu il orta hesabla 55 $/ barel təşkil edəcək. Azərbaycan iqtisadiyyatında yalnız 2016-ci ildə 1.7% -ə qədər artım ola bilər.

Moody's hesab edirik ki, devalvasiyanın nəticəsi olaraq bankların aktivlərinin keyfiyyəti pisləşəcək, kredit qoyuluşları azalacaq, problemli kreditlərin xüsusi çəkisi 15%-ə çatacaqdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar