Azərbaycanda iyul ayı üçün hava proqnozu

qusİyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-28° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr 22-27° isti təşkil edəcək.

Gündüzlər 30-35° isti, bəzi günlərdə isə temperatur 38-40°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr 22-27° isti təşkil edəcək. Gündüzlər 30-35° isti, bəzi günlərdə isə temperatur 38-42°-dək yüksələcək. Yağıntının aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 6-16 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-23° dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 17-22° isti təşkil edəcək. Gündüzlər 25-30° dərəcə isti, bəzi günlərdə isə temperaturun 35°-dək isti olacağı gözlənilir. Yağıntının aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 36-73 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 25-27° dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr 21-26° dərəcə isti təşkil edəcək. Gündüzlər 30-35° dərəcə isti, bəzi günlərdə isə temperatur 37-40°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 10-32 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-25° dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 17-22° isti təşkil edəcək.

Gündüzlər 27-32° dərəcə isti, bəzi günlərdə isə temperatur 35-38°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-118 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 26-29° dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr temperatur 23-28° isti təşkil edəcək. Gündüzlər 30-35° dərəcə isti, bəzi günlərdə isə temperatur 38-42°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 3-22 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 24-27° dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr temperatur 21-26° dərəcə isti təşkil edəcək. Gündüzlər 29-34° dərəcə isti, bəzi günlərdə isə temperatur 37°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm) olacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar