Nemtsovun qətlində şübhəli bilinən şəxs Rusiyaya qayıdıb

nemtsov_2Rusiyalı siyasətçi Boris Nemtsovun qətlinin təşkilində şübhəli bilinən “Şimal” batalyonunun döyüşçüsü Ruslan Geremeyev Rusiyaya qayıdıb.

APA-nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, bunu müstəntiqlər bildiriblər.

Onların dediklərinə görə, R. Geremeyev bir müddət Çeçenistanda, sonra isə Birləşmiş Ərəb Əmirliklərində olub. Hazırda onun Çeçenistanın dağ kəndlərindən birində olduğu güman edilir.

B. Nemtsovun qətli ilə bağlı işin materiallarında Zaur Dadayev və Ruslan Geremeyev daxil olmaqla, qətldə şübhəli olan bütün şəxslərin yer aldığı videoyazılar var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar