Daha bir dövlət iflasın astanasındadır

Maliyyə böhranındakı Yunanıstan ilə eyni analoji problemlər yaşayan Porto Riko, dövlət borclarını verməyərək iflasa düşəcək. ABŞ-da, bu vəziyyətə "Yunanıstan" adı verilir.

Xarici işlərində ABŞ-a bağlı olan muxtar Karib adası Porto Rikonun valisi Alejandro Garcia, adanın 72 milyard dollara çatan dövlət borcunu ödəməyərək defolta düşəcəyini bildirib.

New York Times-a müsahibə verən Garcia, "Borcumuz ödənilən deyil və başqa alternativ yoxdur" ifadəsini istifadə edib.

Garcia, ABŞ Konqresinə, adanın borclarının yenidən restrukturizasiyasına imkan verəcək qanun dəyişikliyi üçün müraciət etməyi qiymətləndirdiklərini bildirib.

Təxminən 3,6 milyon əhalisi olan Porto Rikoda adambaşına düşən dövlət borcu ABŞ-ın bütün yerli hökumətlərindən daha yüksəkdir. Ancaq, daxili işlərində müstəqil olması səbəbindən digər ABŞ əyalət və şəhərlərindən fərqli statusda olan Porto Rikonun borcların yenidən restrukturizasiyası səlahiyyəti yoxdur /"marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar