Azərbaycan XİN-dən baş prokurorun ölümü ilə bağlı bəyanat

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının baş prokuroru Hişam Bərəkata qarşı 29 iyun tarixində təşkil olunmuş terror aktını qəti şəkildə pisləyib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır: “Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar