Erməni etirazçılar Avropa məhkəməsinə gedir

Su şırnağı ilə əziyyət verilən, döyülən və çılpaq buraxılan ermənlər ayağa qalxdı.

İrəvanda iyunun son on günündə keçirilmiş “Talana yox!” oturaq aksiyasında xəsarət almış 16 Ermənistan vətəndaşı Avropa insan haqları məhkəməsinə müraciət edib.

Anspress-in məlumatına görə, bu barədə şikayətçilərdən biri, “Məlumatlı vətəndaşlar ittifaqı” İctimai Birliyinin kordinatoru Daniel İonesyan bildirib. Onun sözlərinə görə, məhkəməyə müraciət edənlərə qarşı zorakılıq iyunun 23-də Baqramyan prospektində törədilib.

Daniel İonesyan bildirib ki, Avropa məhkəməsinə təcili müraciət ölkə daxili maneələrdən yan keçməyə imkan verir. Onun sözlərinə görə, şikayət 2 gün qabaq göndərilib, şahidlərin ifadələri və zorakılığın tətbiqi ilə bağlı dəlillər təqdim edilib. Şikayətçilər arasında jurnalistlər də var.

Avropa məhkəməsinin prosedurlarına görə, Ermənistan hökumətinə bununla bağlı sorğu göndərilməlidir.

İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. İyunun 22-i saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Ertəsi günü səhər erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıdılıb. Etirazçılara qarşı su şırnağı tətbiq edilib, onları döyüblər və paltarlarını soyundurublar. Amma buna baxmayaraq həmin gün axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar.

Ermənistan Tarif Şurası ötən həftə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar