Eldəniz Quliyevin məhkəməsi təxirə salındı

Nəsimi rayon Məhkəməsində Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyevin iyunun 30-na təyin edilən məhkəmə prosesi təxirə salınıb.

Eldəniz Quliyev Modern.az saytına bildirib ki, proses iyulun 3-nə qədər təxirə salındı:

“Məhkəmədən bildirdilər ki, Ali Məhkəmədə kassasiya şikayəti varsa, onunla paralel olaraq bu şikayət baxmaq olmaz. Bunu müəyyən etmək üçün məhkəmə təxirə salındı. Ali Məhkəməyə barəmdə çıxarılan hökmün ləğv olunması ilə bağlı şikayət vermişik. İctimai işləri də məcburən davam etdirirəm. Məhkəmə müraciətimi nəzərə almır. Çünki ictimai işləri durdurmaq üçün hüquqi baza yoxdur. Amma təsəvvür edə bilmirəm ki, qanun qəbul olunanda məhkəmə haqqında humanizm prinsipləri nəzərə alınmayıb. Deyillər ki, siz xəstə də olsanız, ölsəniz də Ali Məhkəmədə qərar verilənə qədər işə çıxmalısınız”.

2014-cü il oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək ona 480 saat müddətində ictimai işlər, 140 manat linqvistik ekspertizanın haqqını ödəmək, 1000 manat cərimə və ölkədən çıxmamaq barədə cəza kəsib. Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb.

Apelyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Eldəniz Quliyev Cinayət Məcəlləsinin 47.4.4 maddəsinə əsas götürərək 480 saatlıq işdən azad olunmağı haqqında yenidən məhkəməyə müraciət edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar