TBMM-də sədr seçkisi başladı

Türkiyə Böyük Millət Məclisində (TBMM) sədr seçkisi başlayıb.

APA-nın xəbərinə görə, bu gün TBMM-də seçkinin 1-ci və 2-ci turları keçirilir. Hər iki turda seçilmək üçün üçdə iki (367) səs tələb olunduğundan sədrin bu turlarda müəyyənləşməsi gözlənilmir. 3-cü turda seçilmək üçün sadə çoxluq – 276 səs lazımdır. Bur turda da sədri seçmək mümkün olmasa, 3-cü turda ən çox səs almış 2 namizəd 4-cü tura keçəcək. 4-cü turda ən çox səs alan namizəd parlamentin sədri seçiləcək.

Sədrlik üçün 4 namizəd mübariz aparır: Ədalət və İnkişaf Partiyasından (AKP) İsmət Yılmaz, Cümhuriyyət Xalq Partiyasından (CHP) Dəniz Baykal, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Ekmələddin İhsanoğlu və Xalqların Demokratiya Partiyasından (HDP) Dengir Mir Mehmet Fırat.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar