"Azercell" "WhatsApp"a qadağa qoyur?

"Azercell" şirkəti "WhatsApp" mobil əlavəsinin istifadəsində məhdudiyyətin qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Azercell"in sosial şəbəkələrdəki səhifələrində (Twitter, Facebook və Instagram) yaydığı bəyanatda qeyd edilib ki, "Azercell" tərəfindən "WhatsApp" əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb:

"Son günlərdə yayılmış xəbərlərlə əlaqədar bildirmək istərdik ki, Azercell tərəfindən WhatsApp əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb. Qeyd edək ki, Azercell bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlara görə məsuliyyət daşımır".

Sosial şəbəkə istifadəçiləri tərəfindən bu bəyanat birmənalı qarşılanmayıb.

Bəzi istifadəçilər iddia edir ki, "Azercell"in mobil internetindən istifadə edərək "WhatsApp"ın zəng funksiyasından yararlanmaq olmur, halbuki, "wi-fi"ya qoşulan zaman problem aradan qaldırılır. Buna cavab olaraq, şirkətdən bildirilir ki, "Azercell" bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlara görə məsuliyyət daşımır.

Digər istifadəçilər də qeyd edir ki, "WhatsApp"dan istifadə edərək mesaj yazmaq olur, lakin zəng etmək mümkünsüzdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar