Kral İnstitutu Qarabağ separatçılarının liderini Londona dəvət etdi

Chatham House – Britaniyanın beynəlxalq münasibətlər sahəsində analitika mərkəzi kimi tanınan Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (The Royal Institute of International Affairs) iyulun 8-də Londonda Dağlıq Qarabağ ətrafında vəziyyətin, regional təhlükəsizliyin və müxtəlif subyektlər arasında münasibətlərin müzakirəsini keçirəcək.

Spiker kimi Bako Saakyan dəvət edilib. Chatham House onu “de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi təqdim edir. Baxmayaraq ki, məlum olduğu kimi, Böyük Britaniya işğal edilmiş Dağlıq Qarabağda prezident və parlament seçkilərini legitim hesab etməyib və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Tədbirin Turan agentliyinin əlinə keçən proqramına əsasən, Saakyan erməni dilində çıxış edəcək, daha sonra bir saat ərzində sualları cavablandıracaq.

Tədbiri Chatham House-un “Rusiya və Avrasiya” Proqramı həyata keçirir.

Bu cür tədbirlərin məqsədi mühüm siyasi təmayüllərin və çağırışların müzakirə edilməsi imkanıdır. Chatham House üzvlərinin həyata keçirdiyi araşdırmalar dövlət rəhbərləri üçün xarici siyasət üzrə yeni ideyaların, yanaşmaların işlənib hazırlanması üçün nəzərdə tutulub. Chatham House-un araşdırmaları həmçinin mətbuat üçün beynəlxalq münasibətlər məsələləri üzrə ekspert rəyi mənbəyidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar