Avtomobil dərəyə aşdı, yaralı var

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Masallı-Yardımlı şossesində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Masallı Rayon Polis Şöbəsinin istintaq müstəntiqi Elvin Əzimovun anspress-ə verdiyi məlumata görə, hadisə bu gün Masallı rayonun Qəriblər kəndi ərazisində qeydə alınıb.

Qəriblər kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Qılman oğlu Əkbərovun idarə etdiyi 44-BN-241 dövlət nömrə nişanlı “VAZ-2107” avtomobil idarəetməni itirərək dərəyə aşıb.

Hadisə yerinə dərhal təcili yardım maşını cəlb olunub. Masallı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstə daxili qanaxma, qapalı kəllə-beyin travması ilə xəstəxanaya daxil olub. Hazırda vəziyyəti ağırdır.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar