“Obama İran liderinə məxfi məktub göndərməyib...” - Ağ Ev

Ağ Ev prezident Barak Obamnın İran rəhbərliyinə məxfi məktub yazması ilə bağlı KİV-lərdə gedən məlumatlara reaksiya verib. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, Ağ Ev yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Bu cür informasiyalar yanlışdır”, - deyə Obama administrasiyasının rəsmi nümayəndəsi Coş Ernest jurnalsitlərə açıqlamasında bildirib. Obamanın daha öncəki məktubuna gəlincə, - hansında ki, İŞİD-ə qarşı səylərin birləşdirilməsi istənilir, - Ernest prezidentin şəxsi yazışmasını müzakirə etmək niyyətində olmadığını qeyd edib.

Xatırladaq ki, uran.ru saytı KİV-lərə istinadən yazıb ki, iyunun 17-də Barak Obama nüvə proqramına dair danışıqlarla bağlı İran rəhbərliyinə məxfi məktub göndərib. Bəzi KİV-lərə görə, Obamanın məktubu şəxsən İranın ali dini lideri Ayətullah Əli Xameneyiyə ünvanlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar