"Əgər HDP Baykala səs versə..." - Baxçalıdan sərt çıxış

"Əgər bu gün Xalqların Demokratik Partiyası (HDP) Dəniz Baykala səs verərsə, biz ona səs verməyəcəyik". Axar.az xəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalı bildirib.

Seçkilərin ikinci turu keçirilərkən Baxçalının bu bəyanatı gərginliyi daha da artırıb:"Əgər HDP bu gün Türkiyə Böyük Millət Məclisinə sədrlik üçün Dəniz Baykala dəstək versə, biz heç vaxt Baykala səs verməyəcəyik".

Qeyd edək ki, seçkilərin ilk iki turunda Dəniz Baykal 128, Ekmeleddin İhsanoğlu 80, Dengir Mir Mehmet Fırat 80, İsmət Yılmaz isə 256 səs qazanıb. Bu gün keçiriləcək üçüncü turda 276 səs TBMM sədri seçilmək üçün kifayət edəcək. Bu turda da nəticə əldə olunmasa, dördüncü turda adi səs çoxluğu tələb ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar