“Türk axını”nın inşası təxirə düşür

“Türk axın” qaz kəmərinin tikintisi qazın qiyməti ilə bağlı tərəflər arasında fikir ayrılığı üzündən təxirə salına bilər.Musavat.com-un məlumatına görə, bu barədə “Bloomberg” agentliyi situasiya ilə yaxından tanış olan mənbəyə istinadən xəbər yayıb.

Qeyd edək ki, bu ərəfədə “Qazprom”la Türkiyənin “Botaş” şirkəti arasında 6 aylıq anlaşma müddəti başa çatıb. Bu müddətdə tərəflər qazın qiyməti ilə bağlı razılığa gəlməli idilər. Mənbə bildirir ki, qiymətlə bağlı müqavilə ən azı, oktyabr ayına kimi ertələnəcək.

Mənbə onu da bildirib ki, qaz kəməri ilə bağlı yekun saziş bu il həmin tarixdən də gec reallaşacaq, o da əgər qiymətlərə dair razılıq əldə olunsa.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar