Gürcüstan İlham Əliyevə qəsdin icraçısını gizlədir

15253_res_01" Şükran Məmmədov Gürcüstan ərazisində yerləşən və terrorçu hazırlayan düşərgə və bazalarda tez-tez qonaq olurmuş"

Azərbaycanda terror aktlarının və prezident İlham Əliyevə sui-qəsdin hazırlanması, təşkili və maliyyələşdirilməsi ilə məşğul olan Şükran Xanlar oğlu Məmmədov Gürcüstan ərazisində gizlənir. Ş.Məmmədov Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən axtarışda olduğundan gizlənməyə məcburdur. Virtualaz.org saytı Rusiyanın politrus.com portalına istinadən xəbər verir ki, Ş.Məmmədovun gizlədilməsi faktını gürcülərin Azərbaycana qarşı qeyri-dost münasibətinin təzahürü adlandırmaqdan başqa yol qalmır.

“Gürcüstan adı bütün dünyada axtarılan beynəlxalq terrorçuların siyahısına salınmış bir adamı nəinki öz ərazisində gizlədir, ona hətta vətəndaşlıq da verib. Bəlli olub ki, Şükran Məmmədov Gürcüstan ərazisində yerləşən və terrorçu hazırlayan düşərgə və bazalarda tez-tez qonaq olurmuş. O, bu bazalara Türkiyədən islam təməlçilərinin mühitində formalaşan və lazımi ideoloji hazırlıq mərhələsindən keçən xeyli yeni könüllülər gətirir və onlara təlim keçirmiş” - deyə rus nəşri yazır.

Saytın xəbərinə görə, Ş.Məmmədov özünün Gürcüstan vətəndaşı pasportundan istifadə etməklə dəfələrlə Əfqanıstana da gedib-gəlib, “əl-Qaidə”nin Əfqanıstandakı hərbi bazalarında xüsusi hazırlıq keçib. Həmçinin terrorçu dəstələrin sıralarında NATO qüvvələrinə qarşı döyüşlərdə bilavasitə iştirak edib.

Əldə edilən informasiyalara görə, Şükran Məmmədov şəxsən özü onlarla NATO əsgərini, ilk növbədə isə ABŞ və Fransa vətəndaşları olan hərbçiləri qətlə yetirib. Bunlar isə həmin o ölkələrdir ki, Gürcüstan hakimiyyəti onlarla dost və müttəfiq olması ilə fəxr edir. Çünki bu ölkələr Gürcüstana həm maliyyə, həm də siyasi baxımdan fəal şəkildə yardım göstərirlər. Məsələn, 2008-ci ilin avqustunda Rusiya ilə hərbi münaqişə baş verəndə ABŞ və Fransa Gürcüstanın maraqlarını müdafiə etmişdilər” - deyə sayt xatırladır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar