Ukrayna Krımı işıqsız qoydu

Buna səbəb iki ölkə arasında qaz danışıqlarının iflasa uğraması olub.

Ukraynanın Dövlət Energetika Şirkəti olan "Ukrenerqo" Krıma elektrik enerjisi verilməsini dayandıracağı haqqında xəbərdarlıq edib. Anspress-in məlumatına görə, Ukrayna bu qərarını iyulun 1-dən etibarən tətbiq edəcəyini deyib. Bu xəbərdarlıq Rusiya ilə Ukrayna arasında qaz danışıqlarının iflasa uğramasından sonra edilib.

"İyunun 30-da saat 17:39 "Ukrenerqo" iyulun 1-dən etibarən Krıma elektrik enerjisi verilməsini tamamilə dayandıracağı haqqında xəbərdarlıq edib", - deyə "İnterfaks" rusiyalı rəsminin sözlərindən sitat gətirib. Hələlik bu məhdudiyyətin nə qədər davam edəcəyi bilinmir. Amma Rusiya tərəfi dünən toplantı keçirərək bəyan etmişdi ki, Ukraynanın enerji təminatı olmadan işləməyə tam hazırdır. "Vəziyyət nəzarətə götürülüb və bütün dizel-generatorlar istifadəyə tam hazırdır", - deyə Rusiya rəsmisi bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna 2014-cü ilin sonunda elektrik enerjisinin təminatı haqqında iki sövdələşmə imzalayıblar. Həmin razılığa əsasən elektrik enerjisi Rusiyadan Ukraynaya, Ukraynadan isə Krıma verilməli idi. Hər iki sövdələşmə 2015-ci ilin sonuna qədər etibarlıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar