Yunanıstanın borc böhranı: BVF ödənişinin vaxtı bitdi

Yunanıstan iyunun 30-dək Beynəlxalq Valyuta Fonduna (BVF) 1.5 milyard avro məbləğində borcunu qaytarmaq barədə öhdəliyini yerinə yetirməyib.

Bundan bir qədər əvvəl avrozona ölkələri nazirləri Yunanıstana borcunun qaytarılması üçün verilmiş vaxt möhlətini uzatmamaq qərarına gəlmişdilər.

Lakin nazirlər bildiriblər ki, Yunanıstandan son dəqiqədə gəlmiş 2 illik maliyyə yardımının verilməsi barədə yeni xaihişə çərşənbə günü iyulun 1-də baxılacaq.

Yunanıstan inkişaf etmiş dövlətlər qrupuna aid edilən BVF-dən aldığı krediti vaxtında ödəyə bilməmiş ilk ölkədir.

Ehtimal edildiyinə görə, BVF börcunun ödənməməsi Yunanıstanın avrozonanı tərk edəcəyi riskini gücləndirir.

Ötən gecə BVF Yunanıstanın borcunu ödəyə bilməməsi faktını təsdiqləyib.

BFV sözçüsü Gerry Rice Yunanıstandan ödəniş möhlətyinin uzadılması barədə xahişin alınması faktını təsdiqləyərək, məsələyə "müvafiq qaydada" baxılacağını bildirib. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar