Zakir Həsənov rəsmi səfərə gedib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikası və Latviya Respublikasına rəsmi səfərə gedib.

Z.Həsənov iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq.

Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar