ATƏT PA-da Azərbaycanın təklifi müzakirə olunacaq

atetATƏT Parlament Assambleyasının (PA) iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasının gündəliyi açıqlanıb. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya bildirib ki, sessiya ATƏT-in Helsinki Yekun Aktının 40 illiyinə həsr olunur.

B. Muradova deyib ki, sessiya çərçivəsində keçiriləcək iclaslarda sənədlər “Helsinki ruhunu” yada salaraq qəbul ediləcək: “Hər üç komitənin iclasında illik məruzələr dinləniləcək və bunların nəticəsində qətnamələr qəbul olunacaq. Gündəlik əsasən son illər olduğu kimi, “Helsinki+40” mövzusudur və bu sessiyada müxtəlif aspektləri əhatə edən əlavə bəndlər müzakirə olunacaq. Burada ilk olaraq müzakirə olunacaq təklif Azərbaycan tərəfdən təklif edilən “Dövlətlərarası münasibətlərdə Helsinki Yekun Aktına sadiqlik” adlı bənddir. Digər müzakirə olunacaq bəndlər “Silahlı münaqişələr zamanı itkin düşənlər”, “Post-konflikt sərhədlərdəki vəziyyətə dair”, “Aralıq dənizində insanların faciəvi şəkildə məhvinin qarşısının alınmasında yollar aranmasına dair”, “ATƏT regionuna nüfuz edən xarici terrorçu qrupların zərərsizləşdirilməsi”, “Ekoloji və iqtisadi təhlükələrə dair”, “Münaqişə bölgələrində qadınların üzləşdiyi problemlər” və sair məsələlərdir. Bundan başqa, Ukraynadakı vəziyyətlə bağlı məsələ bu sessiya zamanı da müzakirə olunacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar