"Rusiya özü qanunsuz dövlətdir” - Ayaz Mütəllibovla bağlı məsələyə Litvadan reaksiya

Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan bir qrup deputatının SSRİ Dövlət Şurası ilə bağlı Baş Prokurorluğa etdiyi müraciət müzakirə mövzusudur.Rusiya mənbələrinin yaydığı məlumata görə, SSRİ Dövlət Şurasının Baltikyanı respublikaların müstəqilliyinin tanınmasına dair verdiyi qərarının “vətənə xəyanət” kimi qiymətləndirilməsi istiqamətində ölkənin Baş Prokurorluğu araşdırma aparır.

Məsələ ilə bağlı Litvanın müstəqilliyinin bərpa edilməsində çox əhəmiyyətli rol oynamış, tanınmış siyasətçi, ölkə Seyminin keçmiş sədri Vitautas Landsbergis mövqeyini açıqlayıb.Modern.az saytı Litva mənbələrinə istinadən xəbər verir ki, Landsbergis Rusiyanın bu addımlarına fikir verməməyə çağırıb.

O, bildirib ki, Litva Baltikyanı ölkələrin müstəqilliyini şübhə altına alan araşdırmalarla bağlı müzakirələrə vaxt ayırmamılıdır.

Landbergis deyib ki, Moskva provaksiyaya əl atmaqla yeni mübahisələr yaratmaq niyyətindədir:“Bizim siyasətçilərimiz, Seymin üzvləri də Rusiyanın qanuniliyi haqqında Litva Prokurorluğuna müraciət edə bilərdilər. Rusiya qanunsuz dövlətdir. Çünki o çarı devirdi, uşaqları öldürdü. Belə dövlət olarmı?”.

O qeyd edib ki, Rusiyanın indi belə bir addım atması Kremlin hansısa xüsusi planlarının olmasından xəbər verir.

Xatırladaq ki, “Vahid Rusiya” Partiyasının üzvü olan bir neçə deputatının baş prokuror Yuri Çaykaya göndərdiyi müraciətdə 1991-ci ildə SSRİ Dövlət Şurası yaradılmasının qeyri-konstitusion olduğu bildirilib.

Müraciətdə həmin Dövlət Şurasının qərarı əsasında Baltikyanı ölkələrin (Litva, Latviya və Estoniya) müstəqilliyin tanınmasının əsassız olduğu vurğulanır və buna etiraz edilir.

Dövlət Şurasının son tərkibi aşağıdakı kimi olub:

Şuranın sədri - Mixail Qorbaçov (SSRİ prezidenti)

Boris Yeltsin (Rusiya prezidenti)

Leonid Kravçuk – Ukrayna prezidenti

Əsgər Akayev - Qırğızıstan prezidenti

Nursultan Nazarbayev - Qazaxıstan prezidenti

İslam Kərimov - Özbəkistan prezidenti

Saparmurat Niyazov - Türkmənistan prezidenti

Levon Ter-Petrosyan Ermənistan prezidenti

Rahmon Nabiyev - Tacikistan prezidenti

Ayaz Mütəllibov - Azərbaycan prezidenti.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar