Mükafatlandırılan 5 general hansı vəzifəni tutur? 

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 3 zabitinə ali xüsusi rütbə verilib, həmçinin bir neçə general cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə təltif ediliblər:

Strateq.az ali xüsusi rütbə alan şəxslərin, eləcə də xidmətdə fərqləndiklərinə görə, mükafatlandırılan generalların DİN sistemində hansı vəzifəni tutduqlarını aydınlaşdırıb:

1. Polis general-leytenantı ali xüsusi rütbəsi verilən şəxs – general-mayor İsmət Rəşid oğlu Əliyev - Daxili işlər nazirinin müavini vəzifəsini tutur.

2. Polis general-mayoru ali xüsusi rütbəsi verilən polkovnik Seyfulla Səttar oğlu Əzimov – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tutur.

3. ​2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunan general-leytenant Quliyev Fazil Balahəsən oğlu - Daxili işlər nazirinin müavini, eyni zamanda Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsini tutur.

4. 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunan general-mayor Seyidov Mirqafar Mircəfər oğlu – Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini tutur.

5. 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunan general-mayor Bağırov Səhlab Əloş oğlu – Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsini tutur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar