Çin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Xarici KİV-in yaydığı məlumata görə, Ukrayna xarici işlər nazirinin birinci müavini Natalya Qalibarenko iyunun 30-da Çin Xalq Respublikası (ÇXR) xarici işlər nazirliyinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında islahat məsələləri üzrə xüsusi nümayəndəsi Qao Yuyşeni qəbul edib. Görüş zamanı Çin tərəfi Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Pekinin dəyişməz mövqeyini bir daha təsdiqləyib (Rosbalt).

Xarici işlər nazirliyi (XİN) mətbuat xidmətinin məlumatına görə, görüş iştirakçıları həm BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı, BMT-nin 70 illik yubileyi ərəfəsində təşkilatın fəaliyyət effektliliyinin artırılması, o cümlədən, BMT TŞ-da islahatların aparılması məsələlərinin vacibliyinə ümumi inam ifadə olunub.

«UNN»-nin məlumatına görə, söhbət zamanı Qalibarenko qeyd edib ki, BMT TŞ-nın yenidən qurulmasına ehtiyacın əyani təsdiqi kimi, Rusiyanın Ukraynaya təcavüzünə qarşı bu qurumun işlək tədbirlər görə bilməməsi faktını önə çəkmək olar. Çünki Rusiya təşkilatın daimi üzvü olaraq, onun qərarlarına veto qoymaq hüququndan sui istifadə edir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar