Daha bir şirkət rəhbəri kredit borcuna görə həbs edildi

HebsAzərbaycan Beynəlxalq Bankından götürülən külli miqdarda vaxtı keçmiş kredit borcu ilə əlaqədar daha bir iş adamı həbs edilib. APA-nın məlumatına görə, "General Construction" şirkətlər qrupuna daxil olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Onun barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilib.

C. Həsənovun hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar